Bu gün:

Su içməyin faydaları nələrdir?


Su bədənin sağlam fəaliyyət göstərməsi üçün vacib bir komponentdir. Susuzluğun dehidrasiya riskini artırdığı və bir çox mənfi təsirlərə səbəb ola biləcəyi də məlumdur. Fitness təlimçisi Erbay Karakaya da suyun gündəlik həyatda əhəmiyyəti haqqında danışıb. Karakaya deyib: “Su bədən istiliyini tənzimləyir, həzm sistemini dəstəkləyir, toksinləri çıxarır, dəri sağlamlığını yaxşılaşdırır və enerji səviyyəsini yüksəldir.

Gündəlik həyatda su içmə vərdişinə sahib olmamaq orqanizmin funksiyalarına mənfi təsir göstərməsinə və sağlamlıq problemlərinə səbəb ola bilər. Gündə ən azı 8 stəkan su içməyi hədəfləməliyik. Ümumiyyətlə, suya olan tələbat insanın yaşından, cinsindən, fəaliyyət səviyyəsindən və ətraf mühit amillərindən asılı olaraq dəyişə bilər. Bəzi insanlar, xüsusən də, idmanla məşğul olanlar və ya isti iqlimlərdə yaşayanlar daha çox su içməyə ehtiyac duya bilərlər.

Su qəbulunun bədəninin ehtiyaclarına uyğun tənzimləməsi vacibdir. Maye qəbulu üçün suyu seçmək vacibdir, çünki su bədənin ən yaxşı nəmləndirici mənbələrindən biridir.

Bəzi digər içkilər də su tələbatını qismən ödəyə bilir. Məsələn, bitki çayları, təzə sıxılmış şirələr və ya təbii içkilər kimi sağlam variantlara da üstünlük verilə bilər. Qazlı, şəkərli içkilər və ya kofeinli içkilər su ehtiyacını ödəmək üçün uyğun deyil. Su bədənimizin ən əsas tələbidir və sağlam həyat üçün su içməyə qarşı laqeyd yanaşmamalıyıq.

Mənbə: CNN Türk

Tərcümə etdi: Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et