Samsung və digər böyük markalar illərdir qatlana bilən telefon yarışında olsalar da, Apple hələ də rəqabətə qoşulmayıb. Bununla belə, texnologiya nəhənginin qatlana bilən iPhone planları ilə bağlı yeni inkişaflar var. Son sızmalar cihazın buraxılış tarixi və qiyməti ilə bağlı bəzi istifadəçiləri məyus edə bilər. Məşhur Apple analitiki Ming-Chi Kuonun paylaşdığı məlumata görə, qatlana bilən “iPhone”un qiyməti kifayət qədər yüksək olacaq.

Qatlana bilən iPhone 2026-cı ilin sonuna qədər təqdim oluna bilər
“Apple”ın 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində qatlanan telefonunu təqdim etməyi planlaşdırdığı bildirilir. Şirkət son dizaynı bu ilin ikinci rübündə müəyyən edəcək, istehsalın 2025-ci ilin sonunda başlayacağı gözlənilir. Belə ki, qiymət Gözləntiləri: 2000$-dan yuxarı ola bilər.
Ming-Chi Kuonun sözlərinə görə, qatlana bilən “iPhone”un başlanğıc qiyməti 2000 dollar civarında olacaq. Lakin bu rəqəmin 2500 dollara qədər çıxa biləcəyi iddia edilir. Bu qiymət diapazonu “Samsung”un Galaxy Z Fold seriyasına bənzəyir, baxmayaraq ki, “Apple”ın premium yerləşdirmə strategiyasına görə qiymət daha da yüksək ola bilər.
Əvvəllər şaquli qatlanan modelin işlərdə olduğu düşünülsə də, yeni sızmalar “Apple”ın “Galaxy Z Fold”a bənzər üfüqi qatlanan cihaz hazırladığını ortaya qoyur. İddialara görə, cihaz qatlananda 9-9,5 mm, açıldıqda isə 4,5-4,8 mm qalınlığında olacaq. Müqayisə üçün qeyd edək ki, Galaxy Z Fold 6 qatlandıqda 12,1 mm, açıq olduqda isə 5,6 mm qalınlığında olur. Bu, “Apple”ın daha incə dizayna diqqət yetirdiyini göstərir.
Bildirilir ki, Apple dizayn və aparat məhdudiyyətlərinə görə Face ID əvəzinə yan düyməyə inteqrasiya olunmuş “Touch ID”dən istifadə edəcək. Həmçinin, ekran qırışlarını minimuma endirəcək yeni menteşə sistemi ilə 7,8 düymlük daxili displey və 5,5 düymlük xarici displey təklif ediləcəyi bildirilir. Əlbəttə ki, bu məlumatların zamanla dəyişə biləcəyini xatırlamaq lazımdır. "Apple" qatlanan "iPhone" ilə böyük bir yenilik təqdim etməyi hədəfləsə də, yüksək qiymət etiketi cihazın əlçatanlığını məhdudlaşdıra bilər. Qarşıdakı dövrdə daha çox təfərrüatların ortaya çıxacağı gözlənilir.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
