Bu gün:

"Barselona - Osasuna" matçı təxirə salınıb


"Barselona" klub həkimi Karles Minarro Qarsiyanın qəfil ölümündən sonra "Osasuna" ilə La Liqa matçının təxirə salındığını açıqlayıb.


" Barselona"nın "Osasuna" ilə oyunu klub həkimi Qarsiyanın ölümündən sonra təxirə salınıb.

Kataloniya klubunun sosial media hesabından edilən açıqlamada 27-ci həftə matçının daha gec bir tarixə təxirə salındığı, "Klubumuzun həkimi Carles Minarro Garcia'nın qəfil ölümünü dərin hüznlə öyrəndik" ifadələri işlədilib. 

"Barselona" La Liqada 57 xalla ən yaxın izləyicisi "Atletiko Madrid"i 1 xal qabaqlayaraq turnir cədvəlinin üst pilləsində "Osasuna" isə 33 xalla 11-ci yerdə qərarlaşıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli



Paylaş
Şərh əlavə et