Misirli ulduz futbolçu Mohamed Salah Liverpool tarixində ən çox qol vuran 3-cü, Premyer Liqada isə 5-ci ən çox qol vuran futbolçu olub.

28-ci həftədə "Liverpul"un "Sauthempton"a 3:1 hesabı ilə qalib gəldiyi matçda iki qol vuran Salah mövsümünə yeni uğurlar əlavə etməkdə davam edir.
Liqa tarixində 184 qol vuran Salah, liqanın bombardiri reytinqində 5-ci yerdə olan "Mançester Siti"nin keçmiş futbolçusu Serxio Agüero ilə bərabər olub.
Siyahıya 260 qolla Alan Şirer başçılıq edir. Harri Keyn 213 qolla Şireri, 208 qolla Ueyn Runi və 187 qolla Endryu Kouldan sonra gəlir.
Liverpul tarixində üçüncü ən çox qol vuran oyunçu
Salah klubun tarixində ən çox qol vuran üçüncü olub. Misirli futbolçu "Liverpul"da keçirdiyi 390 oyunda qollarının sayını 243-ə çatdıraraq Qordon Hocsonu (241) geridə qoyub.
İan Raş və Rocer Hant bu göstəricidə müvafiq olaraq 346 və 285 qolla Salahı qabaqlayırlar.
Bu mövsüm 32 qol, 22 məhsuldar ötürmə
Bu mövsüm 54 qol vuraraq "Liverpul"un uğuruna töhfə verən Salah karyerasının ən məhsuldar dövrlərindən birini yaşayır.
Misirli futbolçu bu mövsüm Premyer Liqada 27 qol və 17 məhsuldar ötürmə ilə hər iki statistikaya başçılıq edir.
Bütün yarışlarda 41 oyun keçirən, 32 qol vuran və 22 məhsuldar ötürmə edən Salah komandasını kürəyində daşımağa davam edir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
