Alimlər müasir yerli amerikalıların əcdadları olan Qədim Sibir əhalisini kəşf ediblər. DNT analizləri elm adamlarının qədim populyasiyaların miqrasiyası haqqında düşüncələrini dəyişib. İtirilmiş Sibir populyasiyalarından biri müasir yerli amerikalıların əcdadı hesab edilir.

İlk kəşf 31.000 illik iki süd dişidir. Bu dişlər Sibirdən əldə edilən ən qədim insan genetik materialı sayılır. İkinci kəşf isə 9800 yaşlı kəllə sümüyünün DNT analizidir. Bu, ABŞ-dən kənarda yerli amerikalılarla bu qədər yaxın genetik əlaqənin ilk dəfə aşkar edildiyini göstərir.
Yeni kəşf edilən hər iki populyasiya "bəşər tarixinin əhəmiyyətli bir hissəsi" kimi qiymətləndirilir.
Tədqiqat "Nature" jurnalında dərc edilib və beynəlxalq alimlər qrupu tərəfindən aparılıb. Genetiklər Martin Sikora və Eske Willerslev Şimal-Şərqi Sibirdə, Yana adlı ərazidə tapılan iki süd dişini araşdıraraq əvvəllər məlum olmayan bir populyasiya haqqında mühüm məlumatlar əldə ediblər.
Bu populyasiyanın kəşfi tədqiqatçıların bölgədəki qədim populyasiyaların miqrasiya dinamikasına dair əvvəlki fikirlərini dəyişib.
"Onlar müasir asiyalıların və avropalıların əcdadları ilə eyni vaxtda şaxələniblər və çox güman ki, bir vaxtlar Şimal Yarımkürəsinin böyük hissəsini işğal ediblər," – deyə Kopenhagen Universitetinin Lundbeck Fondunun GeoGenetika Mərkəzinin direktoru Eske Willerslev "Science Daily"ə bildirib.
Mənbə: allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
