Bu gün:

Müasir döyüş gəmiləri niyə boz rəngdədir?


Qədim dövrlərdən bəri bir fikir olaraq ortaya çıxan bu boz rəng tendensiyası bugünkü texnologiya səviyyəsinə baxmayaraq hələ də qüvvədədir.


Boz, döyüş gəmiləri üçün ən çox seçilən rəngdir, çünki gündüzlər ən çox beş kilometr məsafədən görünə bilir, gecə isə heç görünmür.

Qədim dövrlərdən bəri bir fikir olaraq ortaya çıxan bu hərəkat bugünkü texnologiya səviyyəsinə baxmayaraq, hələ də öz qüvvəsini qoruyur. Həmin illərdə müharibələr və əməliyyatlar daha yaxın məsafələrdə aparılırdı, radar texnologiyası yeni idi və atəş açmaq üçün düşmən radarla müəyyən edilməli, sonra isə atəş məsafəsinə çatmalı idi, ona görə də döyüş gəmiləri gözə çarpmamaq üçün boz kamuflyajla boyanırdı.


 Bugünkü peyk və radar sistemlərinə baxdığımızda, bir kilometr uzaqlıqdan belə dünyanın demək olar ki, digər ucundan istənilən dəniz gəmisini təsbit edə bilərsiniz və artıq müdaxilə etmək üçün onun görmə sahəsinə girməsinə ehtiyacınız yoxdur. Bununla belə, döyüş gəmilərinin əksəriyyəti hələ də boz kamuflyajla işləyir.


Çünki hələ də müasir döyüş gəmilərinin elektron müharibə və ya müxtəlif nasazlıqlar səbəbindən döyüşləri köhnə üsulla aparmalı olma ehtimalı var. Əslində indiki gəmi sistemləri BVR məntiqi ilə işləyir və normal şəraitdə gəminin boz kamuflyajına görə müharibələrdə görünməmək şansı çox da olmur. Bununla belə, elektron sistemlər uğursuzluğa və ya nasazlığa meylli olduğundan, gəmilər həmişə ənənəvi üsullardan istifadə etməyə hazır olmaq üçün tikilir.


Döyüşlərin daha şiddətli getdiyi və texnologiyanın az istifadə edildiyi bir vaxtda hər kəs təyyarələrini səmada kamuflyaj etmək üçün solğun rəngə boyadığı halda, düşməndən gizlənəcək qədər qorxaq olmadığını söyləyən və təyyarəsini qırmızıya boyayan Red Baron Vqırmızı Fokker DR 1 ilə səmada gözəl bir maneə törətdi, təəssüf ki, günümüzün standartları belə bir şeyə imkan vermir. Bu səbəbdən dəniz qüvvələrinin qürur mənbəyi olan o çox tərifli gəmilər gizli xüsusiyyətinə baxmayaraq gizlənəcəkmiş kimi boz kamuflyajla istehsal edilməlidir.


Məsələn, Rusiya dənizdəki ən güclü gəmisi olan “Petr Velikiy” döyüş kreyserini və ya “ Moskva “ kreyserini boz kamuflyajda istehsal edib, çünki o, hər cür şəraitə hazırdır. Onları qırmızı və ya hər hansı digər rəngdə yerləşdirmə şansı yoxdur.


Və ya eyni şəkildə Amerika USS Port Royal kreyserini tünd göy və ya hər hansı digər rəngdə deyil, boz kamuflyajda istehsal etdi.

Döyüş gəmiləri nə qədər güclü və çəkindirici olsalar da, onların çoxu boz və onun kamuflyaj çalarları ilə istehsal edilməlidir.


Mənbə: Buzzfeed

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et