Bu gün:

"Maska" filmi haqqında çoxlarının bilmədiyi 5 maraqlı fakt


Gəlin bu gün bu kult komediya haqqında maraqlı faktlara nəzər salaq:

1. “Maska” əvvəlcə qorxu filmi kimi düşünülmüşdü. Başlanğıcda filmin daha çox şiddətli səhnələri olan qorxulu bir ekran işi kimi planlaşdırıldığı bildirilir. Lakin sonradan çəkilişlər komediya janrına yönəldildi.

2. Kemeron Diazın debüt filmi. “Maska” aktrisanın ilk kino təcrübəsi idi. O, 12 gün ərzində kastinqlərdə iştirak edib və çəkilişlər başlamazdan cəmi bir həftə əvvəl baş rolu canlandıracağını öyrənib.

3. Cim Kerrinin improvizasiyası. Filmdə bir çox səhnələr aktyorun improvizasiya etdiyi versiyada qalıb. Məsələn, o, cibindən şar çıxarmaq əvəzinə kontraseptiv götürdüyü və bunu “Ay, səhv cib” sözləri ilə müşayiət etdiyi məşhur səhnə tamamilə improvizə olunub.

Cim Kerrinin üz ifadələri xüsusi effektlərə qənaət etməyə kömək edib. Rejissor Çak Rasselin sözlərinə görə, aktyorun inanılmaz üz plastikası sayəsində əlavə vizual effektlərə ehtiyac qalmayıb və bu da büdcəyə qənaət etməyə imkan verib.

Film Cim Kerrinin karyerasında mühüm rol oynayıb. “Maska” aktyorun ulduz kimi parlamasına və gələcəkdə daha böyük komediya layihələrində iştirak etməsinə səbəb olub.

Mənbə: dzen.ru
Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et