Bu gün:

Lemina ikinci dövrə yaxşı başlayır


"Qalatasaray"ın futbolçusu Mario Lemina uğurlu oyunu ilə rəğbət qazanır.

Mövsümün orta fasiləsində sarı-qırmızılıların transfer etdiyi təcrübəli yarımmüdafiəçi 3 liqa matçında komandasına 1 qol və 1 məhsuldar ötürmə verib.


Mario Leminanın ikinci Qalatasaray dövrü yaxşı başlayıb. Mövsümün ortasındakı transfer dövründə heyətə qoşulan təcrübəli yarımmüdafiəçi həm qol vurması, həm də komandanın müdafiəsinə verdiyi dəstəyə görə rəğbət qazanıb.


Liqanın 24-cü həftəsində ilk oyununu “Çaykur Rizəspor”a qarşı keçirən futbolçu bu matçda 1 qol ötürməsi edib.


Həmçinin Fənərbaxça derbisində 90 dəqiqə oynayan Lemina enerjisi ilə ictimaiyyətin rəğbətini qazanıb.


31 yaşlı futbolçu "Kasımpaşa" ilə matçda 1 dəfə fərqlənib. Sarı-qırmızılı forma ilə 3 liqa matçında 201 dəqiqə meydanda olan Lemina 2 qola imza atıb.



Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et