Beşiktaşda baş məşqçi Ole Qunnar Solskyer Super Liqada Qaziantep FK ilə keçiriləcək oyun üçün əcnəbi futbolçularla bağlı qərar vermək mərhələsindədir. Heyətində 14 legioner futbolçu olan Beşiktaşda 2 oyunçunun matç üçün sifariş edilməməsi tələb olunur.

Ole Qunnar Solskyerin rəhbərliyi altında yüksəlişə keçən Beşiktaş bu oyunu da qazanaraq məğlubiyyətsiz seriyasını davam etdirmək istəyir. Milliyet qəzetində yer alan xəbərə görə, Qabriel Paulistanın zədəsini sağaldaraq meydana çıxmağa hazır olması səbəbilə 2 oyunçunun tribunalarda qalacağı bildirilir.
Hazırlıqlarını davam etdirən Beşiktaşda 14 legioner futbolçunun olması Super Liqa oyunlarında kimlərin heyətə daxil ediləcəyi ilə bağlı qeyri-müəyyənlik yaradıb. Təcrübəli müdafiəçinin zədə səbəbilə oynaya bilmədiyi dövrdə Solskyer bu vəziyyəti Muçi, Rikardo və Arroyo üçlüsündən birini heyətə daxil edərək həll edirdi. Baş məşqçinin yekun qərarı bazar günü verəcəyi gözlənilir.
Bundan əlavə, heyətə alınmayacaq futbolçuların Amir Hadziahmetoviç və Ernest Muçi olacağı ehtimal edilir. Xatırladaq ki, Beşiktaş qış transfer dönəmində Al-Musrati, Cher Ndour və Jean Onana ilə yollarını ayırıb, Amir Hadziahmetoviçi geri çağıraraq Keny Arroyo və Elan Rikardonun transferi ilə legioner sayını yenidən 14-ə yüksəldib.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
