Fənərbaxçanın yeni transferi olan Dieqo Karlosun zədəsi sağalıb və fərdi məşqlərə başlayıb. Onun Trabzonspor matçına yetişmə ehtimalı yüksəkdir.

Qış transfer dövründə Fənərbaxça heyətinə qatdığı Dieqo Karlos Türkiyə Kubokunda Ərzurumspor ilə keçirilən oyunda zədələnib. Zədəsi sağalan braziliyalı müdafiəçi artıq fərdi məşqlərə başlayıb. 31 yaşlı futbolçunun milli fasilədən sonra meydanlara dönməsi gözlənilir.
Aprelin ilk həftəsində Kadıköydə baş tutacaq Trabzonspor matçında Dieqo Karlosun oynamaq ehtimalı yüksək qiymətləndirilir. Sarı-lacivərdlilər təcrübəli müdafiəçini Aston Villadan transfer edərək onunla 3,5 illik müqavilə imzalayıb.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
