Bu gün:

Telefonların son 1%-lik batareyası niyə heç bitmir?


Alimlər də maraqlanırdılar: Bu, psixoloji və ya texniki vəziyyətdir?

Otaqo Universitetinin İnformasiya Elmləri professoru Sander Zvanenburq bu hadisənin sırf psixoloji olduğu iddialarını təkzib edir. Odur ki, beynimizin sadəcə bizimlə oyun oynadığını düşünmək düzgün olmazdı.


Çünki əksər litium-ion batareyalar istifadə olunduqca gərginliyi tədricən itirir və ani enişlə tamamilə tükənir. Telefonlarımızdakı proqram təminatı bu prosesi tam proqnozlaşdıra bilmir.

Başqa sözlə, cihazınız batareyanın vəziyyətini təxmin edir, lakin şarj göstəricisi əslində çox dəqiq işləmir.


Bəs niyə xüsusilə son 1% bu qədər uzun çəkir?


Telefon sözün əsl mənasında "şarj edən xəsisdir"! Texniki ekspert Nefi Hatçer bunu belə izah edir: Əksər telefonlar batareya səviyyəsi 5%-ə düşəndə gizli enerji qənaət rejiminə keçir.

  • Fon proqramlarını bağlayır.
  • İnternet bağlantısını yavaşlatır.
  • Ekranın parlaqlığını azaldır.


Bütün bunlar telefonun şarjın son anlarında daha az enerji sərf etməsini təmin edir.

Lakin Hatcherə görə onların əksəriyyəti işləmir. Google batareyanın ölçülməsinə çox əhəmiyyət vermədiyi üçün Android telefonları bu mövzuda İpohne- lardan daha az uğur qazanır.


Bəs siz batareyanızdan daha səmərəli istifadə etmək üçün nə edə bilərsiniz?


  • Telefonunuzu bir gecədə 100% işlətməyin, çünki bu, batareyanın ömrünü qısaldır.
  • Ağıllı doldurma kabellərindən istifadə edərək, telefonun dolduğu zaman enerjini kəsməsini təmin edə bilərsiniz.
  • Lazımsız doldurma proqramlarını silin, çünki onların əksəriyyəti batareyanızı boşaldır.


Arxa fonda işləyən proqramlar siz fərqinə varmadan batareyanızı boşaldır.


Telefonunuz siz fərqinə varmadan bildirişləri, məkan xidmətlərini və sinxronizasiyanı arxa planda işləyir. Whatsapp-dan mesaj gəldikdə , telefonunuz ekranınız sönük olsa belə, həmin mesajı almaq üçün enerji sərf edir.

Sosial media tətbiqləri ilə xüsusilə diqqətli olun.GPS xidmətləri və ani mesajlaşma proqramları daim məlumat mübadiləsi aparır.


Telefonunuzun batareyasının ömrünü uzatmaq istəyirsinizsə, arxa fonda işləyən lazımsız proqramları məhdudlaşdıra və ya onu aşağı enerji rejiminə qoya bilərsiniz.


Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı



Paylaş
Şərh əlavə et