Real Madridin transfer dönəmində Arda Güler və Endrick üçün ayrılıq yolunu açacağı iddia edilib.

“Sport Bild”də yer alan xəbərə görə, Real Madrid rəhbərliyi Carlo Ancelottinin çox oynatmadığı iki gənc ulduzun Almaniyaya getməsinə icazə verib.
Eintracht Frankfurt və RB Leipzigin Arda Güler transferi üçün önə çıxan iki Almaniya klubu olduğu yazılıb.
Bu klublar gənc ulduzları heyətinə qatmaq istəsə də, oyunçuların yalnız icarəyə veriləcək olması transferlərin qarşısında bir maneə ola bilər.
Bu mövsüm Real Madrid forması ilə 29 oyuna çıxan, lakin cəmi 1082 dəqiqə meydanda qala bilən Arda Güler 3 qol və 5 assistlik performans nümayiş etdirib.
Mənbə: Ntv Spor
Tərcümə etdi: İbrahim Çobanlı
