Bu gün:

ABŞ aktyoru Cessi Eyzenberq Polşa vətəndaşlığını alıb


ABŞ aktyoru Cessi Eyzenberq İkinci Dünya Müharibəsi zamanı yəhudi əhalisinin hekayəsindən bəhs edən və “Oskar” mükafatı qazanmış “Əsl Ağrı” filmində iştirak etdikdən sonra Polşa prezidenti Anjey Duda tərəfindən Polşa vətəndaşlığına layiq görülüb.

Eyzenberq Holokostdan sağ çıxmış nənələrini şərəfləndirmək məqsədilə Polşaya səfər edən iki amerikalı əmisioğlu haqqında film yazıb, rejissorluq edib və orada rol alıb. Filmin ideyası Eyzenberqin böyük xalası Dorisin həyatı əsasında qurulub.

Vətəndaşlıq mərasimində Eyzenberq deyib: “Biz bu filmi Polşada çəkərkən, küçələrdə gəzərkən və ölkəyə bir az daha alışmağa başlayanda mənə aydın oldu ki, ailəm Nyu-Yorkda yaşadığımızdan daha çox burada yaşayıb və təbii ki, tarix faciəvi şəkildə başa çatıb.”

O, sözlərinə belə davam edib: “Bu faciəyə əlavə olaraq, ailəmin Polşa ilə artıq heç bir bağlılıq hiss etməməsi məni kədərləndirib. Buna görə də mümkün qədər yenidən əlaqə qurmağa çalışmaq qərarına gəldim. Ümid edirəm ki, bu mərasim və bu şərəf mən və ailəm üçün bu gözəl ölkə ilə yenidən əlaqə qurmağımızın ilk addımı olacaq.”

Eyzenberq 2019-cu ildə böyük xalası Dorisin 106 yaşında vəfat etməsindən sonra “Əsl Ağrı” filmini çəkməyə qərar verib. Doris Polşada böyüyüb, lakin 1938-ci ildə ABŞ-a qaçıb. Onun Polşada qalan digər ailə üzvləri Holokost zamanı qətlə yetirilib.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et