Nyu-Yorkda bir zibil qutusuna dalan şəxs 18-ci əsrin tanınmış ingilis portret rəssamı Corc Romniyə aid nadir bir eskiz tapıb. Eskiz 1700-cü illərin sonlarında tamamlanıb, rəssamın dostu və himayədarı, Uorvikin qrafinyası Henrietta Greville-i təsvir edib.

Bu qeyri-adi kəşf Nyu-York ştatının Hudson şəhərində baş verib. Zibil qutularını vərəqləyən dalğıc təsadüfən Romninin bu eskizini aşkar edib. Əsər, ehtimal ki, 1780-ci illərin sonlarında tamamlanan və hazırda Frik Kolleksiyasına məxsus olan portretin ilkin versiyası olub. Maraqlıdır ki, hazır portret eskizin tapıldığı yerdən cəmi 100 mil uzaqlıqda yerləşir.
İndi isə bu gözlənilməz tapıntı hərraca çıxarılacaq.
Mənbə: Allthatsinteresting
Tərcümə etdi: Səidə Abasova
