UEFA Çempionlar Liqasının son 16 turunun ilk oyunu Madrid derbisi olub.

Real Madrid "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real Madrid" və "Atletiko Madrid" komandaları üz-üzə gəlib.
Real Madridə qələbə qazandıran qollar Rodriqo və Brahim Diazdan gəlib.
"Atletiko"nun yeganə qolunu Julian Alvares vurub.
Türkiyəli futbolçu Arda Gülər "Real Madrid"də əvəzedici heyətdə başladığı matçda meydana çıxa bilməyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
