
Çiy yumurtadan tutmuş zülallı içkilərə qədər əzələ gücünü artırmaq istəyənlərə bol zülallı məhsullar yeyilmələri məsləhət görülür. Beləliklə, nə qədər protein qəbul edilməlidir və bnun ən yaxşı yolu nədir?
İngiltərənin West Sussex şəhərində yaşayan və idmanla məşğul olan 21 yaşlı Sophia Moulson 19 yaşında idmanla ciddi məşğul olmağa başladı və artıq çəkisi ilə mübarizə apardı.
Moulson, yeməyə "rahatlıq mənbəyi" kimi baxdığını və bunun "mənfi özünə inam və aşağı özünə hörmət spiralına" səbəb olduğunu söylədi.
"Bir gün başa düşdüm ki, təkcə fiziki sağlamlığım üçün deyil, həm də psixi sağlamlığım üçün nəzarəti ələ keçirməliyəm" dedi.
"Güclü olmağın necə güc verdiyini kəşf etdim. Gücümlə atdığım hər kiçik addım məni davam etməyə həvəsləndirdi."
Bu dövrdə Moulson qidalanma ilə bağlı araşdırmalar aparıb və əzələlərin formalaşmasında zülalın əhəmiyyətini öyrənib.
Moulsonun tərəqqisində ən mühüm amillərdən biri onun qidalanma ilə bağlı araşdırmasıdır.
Vegeterian olan sosial media fenomeni yalnız qidadan kifayət qədər protein ala bilmədiyi üçün protein tozlarına müraciət edib:
"Balanslı qidalanma ilə ehtiyaclarımı ödəmək mümkün olsa da, çox vaxt və planlama apardı. Protein tozları da, xüsusən də məşğul həyat tərzim üçün rahat bir üsul təmin etdi."
Keçmişdə bədən tərbiyəsi ilə məşğul olanlar çox miqdarda ət və çiy yumurta yeyirdilər.
Ancaq bu gün protein tozları və fərdi pəhrizlər çox böyük bir sənaye halına gəldi.
Protein tozlarının üstünlükləri:
Araşdırmalara görə, müntəzəm olaraq sıx müqavimət məşqləri edən insanlar, idmançılar, ağırlıq qaldıranlar və bədən tərbiyəsi ilə məşğul olan insanlar üçün ən çox əzələ protein sintezini təmin edəcək zülalın gündəlik miqdarı orta hesabla kiloqram başına 1,6-2 qramdır.
Əksər tibb mütəxəssisləri insanların pəhrizləri vasitəsilə mümkün qədər çox protein qəbul etmələrini tövsiyə edib.
ABŞ-ın Cənubi Karolina ştatının Charleston şəhərində yaşayan dietoloq Lauren Manaker deyib ki, zülal tozları “məşğul həyat tərzi olan və ya bütün qidalara məhdud çıxışı olan insanlar üçün praktik və daşına bilən seçimdir”.
Qlobal protein tozu bazarı 2021-ci ildə 4,4 milyard dollar dəyərində qiymətləndirilib və 2030-cu ilə qədər 19,3 milyard dollara çatacağı gözlənilir.
Mənbə: BBC
Tərcümə etdi: Sona Osmanova
