NBA ulduzu LeBron James bu mövsüm əldə etdiyi statistika ilə bizi bir daha "olmaz" deməyə vadar etdi.
40 yaşlı Ceyms hətta 12 il əvvəl ən dəyərli oyunçu seçildiyi vaxtdan daha uğurlu statistika yaradır.
NBA tarixinin ən böyük iki əfsanəsindən biri hesab edilən LeBron James möhtəşəm bir mövsüm keçirir.
40 yaşlı superulduz 12 il əvvəl liqanın ən dəyərli oyunçusu seçildiyi mövsümdən daha yaxşı statistika əldə edir.
LeBron Ceyms 2012-2013 mövsümündə cəmi 28 yaşında olarkən Mayami Heat ilə çempionluq qazanıb və ən dəyərli oyunçu seçilib.
Ceyms həmin mövsüm 51 faiz atışla 26,8 xal toplayıb. Ceyms artıq bu mövsüm 55 faiz vuruşla 26,5 xal toplayıb.
40 yaşlı ulduz 12 il əvvəlki ribaunt və assist göstəricilərini də üstələdi. Kral ləqəbli oyunçu 2012-2013 mövsümündən 7,5 ribaund ortalamasını 8,3-ə yüksəldib. O, həmçinin orta ötürmə sayını 7,4-dən 8,1-ə yüksəldib.
Ceymsin 28 yaşlı performansını ötdüyü başqa bir kateqoriya 3 xallıq atışdır. James Mayami Heat-da oynayarkən üç xallıq xəttdən 51 faiz vurub. LeBron Ceyms bu mövsüm meydandan 55 faiz zərbə vurub.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
