Bu gün:

Qara duz nədir?


Qara duz min illərdir müxtəlif xəstəliklərin alternativ müalicələrində istifadə edilir.Qala namaq duzu və ya qara duz kimi  tanınır.Bütün dünyada populyarlaşan duzla tanış olaq.

Qara duz kəskin qoxuya və açıq çəhrayı rəngə malikdir. Hind mətbəxində müalicəvi xüsusiyyətlərinə görə tez-tez bu duzdan istifadə olunur. Minerallarla zəngin qidadır. Yüksək qan təzyiqi olan və az duzlu pəhriz saxlayan insanlar üçün yaxşı seçimdir.

Qara duz nədir

Qara duz Himalay dağlarında yerləşən duz mədənlərindən əldə edilən qaya duzudur. Bu duzun kəskin qoxusu var. Yalnız təbii vəziyyətdə qaradır. Əlavə təsir olanda çəhrayı rəng olur. Dadı və qoxusu qaynadılmış yumurta kimidir.Bu duzun tərkibində super sağlam olan unikal kükürd birləşməsi var. Qara duz ən faydalı duz növü hesab olunur. Qara duzun kimyəvi tərkibində natrium xlorid, natrium sulfat, natrium bisulfat, natrium bisulfit, natrium sulfid, dəmir sulfid və hidrogen sulfid var.

Qara duz ağ duzdan daha faydalıdırmı

Qara duz həm dadına, həm də emal üsuluna görə ağ duzdan fərqlənir. Qara duzun adi yodlaşdırılmış duzdan fərqi odur ki, qara duz qandakı natrium səviyyəsini artırmır. Bununla belə, mümkün bir çatışmazlığın qarşısını almaq üçün tamamilə qara duza keçməzdən əvvəl bədəninizdə yod səviyyələrindən xəbərdar olmalısınız. Qara duzun özünəməxsus kükürd dadı var. Süfrə duzunun isə sadəcə duzlu dadı var. Bütün işlədilən qidaların tərkibində ağ duz var. Süfrə duzunun tərkibində alüminium silikat və kalium yodat kimi əlavələr var. Xüsusilə kalium yodat lipidlərin oksidləşməsi ilə toxumaların zədələnməsinə səbəb ola biləcəyi üçün sağlamlığa zərərlidir. Süfrə duzu ilə müqayisədə qara duzda daha az əlavə var.

Qara duzun faydaları nələrdir

1. Arıqlamağa kömək edir

Qara duz bədəndə yağ yığılmasının qarşısını alır. Büçün fermentləri və lipidləri parçalayaraq arıqlamağa kömək edir. Yüksək natrium qəbulu iştahın artması ilə əlaqələndirilir. Bu da öz növbəsində enerji qəbulunu artırır və çəki artımına səbəb olur. Bunun əksinə olaraq, qara duz daha az miqdarda natrium ehtiva edir. Nəticədə bədən çəkisini idarə etməyə kömək edir. Ancaq bu mövzu ilə bağlı araşdırmalar azdır

2. Qəbizliyi və şişkinliyi aradan qaldırır

Qara duz həzmi yaxşılaşdırır, qaz və şişkinliyi aradan qaldırır. Ancaq bu iddiaları dəstəkləmək üçün elmi araşdırmalara ehtiyac var.

3.Əzələ spazmlarını və krampları aradan qaldırır

Qara duz ağrılı əzələ kramplarını aradan qaldırmağa kömək edə bilər. Qara duzda olan kalium, əzələ funksiyası üçün vacibdir. Buna görə də, adi duzu qara duzla əvəz etmək əzələ ağrıları və krampların qarşısını almağa kömək edə bilər.

4. Mədə yanmasını aradan qaldırır

Mədə yanması mədədə həddindən artıq turşu yığılması nəticəsində yaranır. Qara duzun qələvi təbiəti mədədə turşu istehsalını balanslaşdırır və mədə yanmasını müalicə edir. Bu duzun minerallarla dolu olduğuna inanılır.

5. Mükəmməl təmizləyici vasitədir

Üz təmizləmə vasitələrinə və az miqdarda qara duz əlavə etmək dəriyə bir az parlaqlıq verir. Bunun səbəbi duzun dənəvər teksturasıdır.O məsamələri açır və üzdəki yağlılığı azaldır. Mükəmməl nəticə üçün bunu hər gecə yatmazdan əvvəl etmək lazımdır. Ancaq həssas dərini qıcıqlandıra biləcəyi üçün ehtiyyatlı tətbiq etməyə diqqət yetirin.

6. Saç tökülməsini dayandırır və kəpəyi azaldır

Tədqiqatlar göstərir ki, qara duz saçların uzanmasına kömək edir. Həmçinin kəpəyi azaldır. Tərkibindəki minerallar saçı gücləndirir və haçalanmış saç uclarını müalicə edir.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş