Son həftələrdə ardıcıl olaraq xal itirən Qalatasaray haqqında Erden Timur iddiası ortaya atılıb. Sarı-qırmızılıların keçmiş rəhbərinin Fənərbaxça ilə oyun öncəsi komandaya mənəvi dəstək vermək istədiyi, lakin klub tərəfindən buna icazə verilmədiyi iddia olunurdu. Yaşanan hadisələrin pərdəarxası bəlli olub.

Avropa Liqasından kənarda qalan Qalatasaray Fənərbaxça ilə arasındakı 6 xallıq fərqi qorumağı bacarmayıb. Fənərbaxçanın Antalyaspor üzərində qələbə qazanması ilə zirvədəki xal fərqi 4-ə düşüb. Bu hadisələrdən sonra sarı-qırmızılı klubdakı uğursuzluqla bağlı müxtəlif iddialar irəli sürülüb.
Bu iddialardan biri də Erden Timurun ayrılmasından sonra Okan Burukun tək qaldığı barədə idi. Qalatasarayın keçmiş rəhbəri Erden Timurun Fənərbaxça matçından əvvəl komanda ilə görüşərək mənəvi dəstək vermək istədiyi, lakin klubun buna icazə vermədiyi bildirilirdi.
Lakin Sabah qəzetinin xəbərinə görə, Qalatasaray rəhbərliyi Erden Timur tərəfindən belə bir tələbin gəlmədiyini açıqlayıb.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
