Bu gün:

Formula 1-də sınaqlar başlayır


Formula 1-də 2025-ci il mövsümü öncəsi rəsmi üç günlük sınaq müddəti sabah başlayacaq.

Hər gün iki seansda keçiriləcək sınaqlar Bəhreynin Sakhir dairəsində baş tutacaq.


Komandalar martın 14-də mövsümün ilk yarışı olan Avstraliya Qran Prisi öncəsi son hazırlıqlarını görəcəklər. Pirelli 2025-ci il mövsümündə ilk dəfə tam sürüşən təkərlərini yola salacaq.


Artan aerodinamik yüklərə tab gətirmək üçün təkər konstruksiyasını yeniləyən şirkət yeni C6 təkərinin küçə yolları və aşağı enerji tələb edən yollar üçün hazırlandığını açıqlayıb.


Sakhir sınağı üçün hər komanda 35-ə qədər təkər dəstini seçə biləcək, onlardan 30-u üç gün ərzində istifadə olunacaq.


2024-cü ildə ən çox istifadə edilən təkər tərkibi olan C3, eyni zamanda sınaq üçün ən populyar seçim idi. Mercedes C3 kompozisiyasının 27 dəstini, Williams isə cəmi 15 dəstini seçib.


Ferrari və Williams komandaları 6 birləşmənin hamısından istifadə etməyi seçdilər, Aston Martin və Alpine isə seçimlərini yalnız 3 ən sərt birləşmə ilə məhdudlaşdırdılar.


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et