Bu gün:

Süni intellekt səhiyyədə təhlükəli ola bilər



Beynəlxalq alimlər qrupu sağlamlıq sahəsində süni intellektdən istifadənin təhlükə yaratdığını vurğulayıb. Belə ki, süni intellektə malik bəzi diaqnostik cihazların tünd dəri tonlu insanlarda yanlış nəticələr verdiyi açıqlanıb.

Alimlər qeyd ediblər ki, süni intellekt səhiyyə xidmətlərində perspektivli həllər təklif etsələr də, insan sağlamlığı üçün də bir sıra təhlükələr yaradır.

 Böyük Britaniyada yerləşən BMJ Global Health jurnalında dərc olunan elmi araşdırmada süni intellektin (AI) səhiyyədə perspektivli həllər təklif etdiyi halda, insan sağlamlığı və rifahı üçün bir sıra təhlükələr yaratdığı bildirilib.  Beynəlxalq alimlər qrupunun araşdırması ilə bağlı dərc etdikləri məqalədə süni intellektdən istifadə edilən bəzi nümunələrdə insan sağlamlığı ilə bağlı yanlış və yanıldıcı nəticələrə diqqət çəkiblər.

Qanda oksigeni yanlış  ölçür

 Bildirilib ki, qan oksigenini ölçən cihazlarda istifadə edilən süni intellekt dərisi tünd olan xəstələrdə qandakı oksigen səviyyəsini çox qiymətləndirir və bu, oksigen çatışmazlığı olan xəstənin müalicə olunmamasına səbəb olur.

 Başqa bir misalda süni intellektin üz tanıma sistemlərinin tünd dərili insanlarda cinsi səhv təsnif etmə ehtimalının çox olduğu ifadə edildi. “Cinsi səhv təsnif edilən insanların  səhiyyə xidmətlərində süni intellektin bütün üstünlüklərindən məhrum qala biləcəkləri də sübut edilib” deyilən  məqalənin müəllifləri süni intellektdən səhiyyə sektorunda istifadə olunmazdan əvvəl nəzarəti təmin edəcək hüquqi tənzimləmələrin işlənib hazırlanmasını tövsiyə ediblər. 

Mənbə: Sözcü

Tərcümə etdi: Lalə Mənəfova

Paylaş
Şərh əlavə et