Qalatasaray Super Liqanın 26-cı həftəsində səfərdə Kasımpaşa ilə qarşılaşır. Komanda rəqibini məğlub edərək xal fərqini müvəqqəti olaraq 9-a yüksəltmək istəyir.

Sergen Yalçın oyun öncəsi fikirlərini bölüşərək: "Mən həm Qalatasarayın, həm də Fənərbaxçanın qalib gələcəyini düşünürəm. Sadəcə Qalatasarayla bağlı kiçik bir sual işarəmiz var. Kasımpaşa elə də zəif komanda deyil, amma yenə də Qalatasaray açıq-aşkar favoritdir",- ifadələrini işlədib.
Çempionluq uğrunda gərgin mübarizə aparan Qalatasaray və Fənərbaxçanın bu axşam keçiriləcək oyunları ilə bağlı danışan Sergen Yalçın hər iki komandanın qalib gələcəyini proqnozlaşdırıb. O, həmçinin Super Liqanın 2024-2025 mövsümü üçün Ekol TV-də diqqətçəkən iddialar səsləndirib.
Aşağı liqaya düşmə təhlükəsi ilə üzləşən komandalar haqqında da danışan Sergen Yalçın, xüsusilə Sivasspor haqda tənqidi fikirlər səsləndirib:
"Sivasspor və Konyaspor aşağı liqa zonasından çıxa bilməyəcək. Sivasspor Başakşəhərlə oynayacaq, Konyaspor isə Trabzonsporla qarşılaşacaq. Mən Sivassporun oyununa baxdım və heç bir ümidverici tərəf görmədim. Qaziantep FK da eyni vəziyyətdədir. Bu komandalar arasında ən yaxşısı Antalyaspordur. Konyasporun şansı az da olsa var, amma Sivassporun işi çox çətindir, bunu bir yerə qeyd et. Rizəsport isə heç o zonada olmayacaq. Onlar Anadolu bölgəsinin ən güclü heyətlərindən birinə sahibdir və ordan çıxacaqlar".
Beləliklə, Super Liqada həm çempionluq yarışı, həm də aşağı liqaya düşmə mübarizəsi gərgin şəkildə davam edir.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
