Bir çox insanlar müəyyən obyektlər, vəziyyətlər və ya heyvanlar qarşısında özlərini narahat hiss edirlər. Hörümçəkləri və ya liftləri bəyənməyə bilərik, amma onlara dözə bilirik. İctimaiyyət qarşısında çıxış etməyi sevməyə bilərik, amma məcbur olduqda bunu edirik.
Lakin bəzi insanlar üçün müəyyən bir şey və ya vəziyyət o qədər güclü qorxu yaradır ki, ondan qaçmaq üçün əllərindən gələni edirlər, amma bütün bunlara baxmayaraq, onlar bu vəziyyətdən yenə də əziyyət çəkirlər. Bu da onlarda müəyyən fobiyaların yaranmasına səbəb olur.

1. Eisoptrofobiya: Güzgü qorxusu
Bu fobiya güzgülərlə bağlı xurafatlara, özünüdərk problemlərinə və ya qorxu filmlərindəki səhnələrə əsaslana bilər.
2. Katefobiya: Saç qorxusu
Bu fobiyası olan insanlar adətən başqa insanların saçlarından, bəzən isə heyvan tükündən qorxurlar. Onlar qalın, buruq saçları olan insanlardan uzaq gəzə bilər və ya sadəcə yerə düşmüş saçlardan çəkinə bilərlər. Bəziləri saçın çirkli olduğunu və ona toxunmağın onları xəstələndirəcəyini düşünür.
3. Linofobiya: İp qorxusu
Təəssüf ki, bu fobiya insanın zorla bağlanması təcrübəsindən qaynaqlana bilər. Bu fobiya ilə yaşayan insanlar ip, kəndir, ayaqqabı bağı və ya digər sapabənzər materiallardan hədsiz qorxu hiss edə bilərlər.
4. Hipopotomonstroseskvippedaliyofobiya: Uzun sözlərdən qorxma
Bu termini yaradan şəxs, deyəsən, “əyləncəli” bir yumor hissinə malik olub. Bu fobiya seskipedalofobiya adı ilə də tanınır və çox vaxt sosial fobiya ilə əlaqələndirilir, çünki adətən uzun sözləri tələffüz edərkən rüsvay olmaq qorxusundan qaynaqlanır.
5. Lakonofobiya: Tərəvəz qorxusu
Bu fobiyası olan insanlar tərəvəzləri görməkdən və ya sadəcə tərəvəzlər haqqında düşünməkdən ciddi narahatlıq keçirirlər.
6. Tripofobiya: Yığılan deşiklərdən qorxma
Baloncuk sarğıları, arı yuvaları, toxum qabıqları və s. kimi şeyləri düşünün. Bəzi tədqiqatlar bunun deşik qorxusundan daha çox zərərsiz obyektlərlə təhlükəli heyvanlar arasında qeyri-ixtiyari əlaqə ilə əlaqəli olduğunu göstərir, çünki onlar müəyyən xüsusiyyətləri paylaşır.
7. Aritmofobiya: Rəqəmlərdən qorxma
Bir çox insanlar riyaziyyat dərsindən qorxur, amma aritmofobiya (rəqəmlərdən qorxusu) olan şəxslər rəqəmlərə qarşı həqiqi bir qorxuya sahibdirlər. Bu qorxusu olan insanlar adətən riyaziyyatla məşğul olarkən və ya ümumiyyətlə, rəqəmlərlə əlaqəli işlər görərkən narahatlıq hissi keçirirlər.
Fobiyalar insanların həyatını ciddi şəkildə təsir edən və onların gündəlik fəaliyyətlərini məhdudlaşdıra bilən psixoloji pozuntudur. Bu narahatlıqlar şəxsiyyətin inkişafında və həyatda qarşılaşılan müxtəlif çətinliklərlə əlaqədar yaranır və tərs bir şəkildə idarə edilmədikdə daha da dərinləşə bilər. Fobiyaların müalicəsi fərdi yanaşma tələb edir və psixoterapiya, dərman müalicəsi kimi metodlarla mümkündür. Fərdlərin fobiyalarına qalib gəlməsi üçün kömək etmək onların həyat keyfiyyətini artırmaq və ümumilikdə psixoloji sağlamlıqlarını dəstəkləmək üçün əhəmiyyətlidir. Bu səbəbdən, fobiyalar haqqında məlumatlılıq artırılmalı və onları idarə etmək üçün effektli strategiyalar inkişaf etdirilməlidir.
Mənbə: Athena Care
Tərcümə etdi: Arzu Qafarova
