Bu gün:

"Atletiko Madrid" Alvareslə zirvədədir


İspaniya Birinci Futbol Liqasının (La Liqa) 26-cı həftəsində "Atletiko Madrid" Julian Alvarezin vurduğu qolla "Atletik Bilbao"nu 1:0 hesabı ilə məğlub edib.

Bu qələbə ilə madridlilər qarşıda daha çox matçla liderliyə yüksəlib.

İspaniya Birinci Futbol Liqasının (La Liqa) 26-cı həftəsində Madrid “Atletiko”su “Atletik Bilbao”nu qəbul edib.

"Metropolitano" stadionunda keçirilən matçda ev sahibi "Atletiko Madrid" 66-cı dəqiqədə Julian Alvarezin vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Madridlilər bu qələbə ilə xallarını 56-ya yüksəldib və qarşıda daha çox oyun qalaraq liderliyə yüksəlib. Atletik Bilbao 48 xalda qalıb.

"Barselona" ilə birlikdə 26-cı həftəyə zirvədə daxil olan "Real Madrid" səfərdə "Real Betis"ə 2:1 hesabı ilə məğlub olub. 54 xalı olan və son 5 liqa oyununda yalnız bir dəfə qalib gələn “Real Madrid” liderlik uğrunda mübarizədə növbəti zərbəni alıb.

"Barselona" bu həftə "Real Sosyedad"ı qəbul edəcək. 54 xalı olan Kataloniya komandası rəqibinə qalib gəlsə, liderliyi “Atletiko Madrid”dən geri alacaq.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli



Paylaş
Şərh əlavə et