Bu gün:

Həzm pozğunluğuna yaxşı təsir göstərən çaylar


Həzmsizlik ağrılarının digər qarın ağrılarından ən böyük fərqi ağrının yeməkdən sonra meydana gəlməsidir.  Yaranan ağrı dözülməz olmasa da, kifayət qədər xoşagəlməz və narahatedici olduğundan gündəlik həyata mənfi təsir göstərir.  Stress, yuxu pozğunluğu, hərəkətsizlik və düzgün qidalanmamaq həzmsizliyə səbəb ola bilər.  Pəhrizinizi tənzimləyərək və həzmsizliyə yaxşı olan bitki çaylarından istifadə edərək bu problemi minimuma endirə bilərsiniz.

Nanə çayı

Nanə çayı gözəl qoxusu, dadı və sakitləşdirici təsiri ilə nəsillər boyu tanınan və içilən çaydır. İstifadəsi  çox asan olan bu çayın hazırlanması insanın zövqünə görə dəyişir. Təravətləndirici təsiri ilə rahatlayan və daha təmiz nəfəs verən nanə çayını quru nanə və ya təzə nanə yarpağı ilə hazırlaya bilərsiniz. Mədə xəstəlikləri üçün istifadə edilən ən məşhur çaylardan biri olan nanə çayının bir çox faydası var. Nanə çayının əsas faydalarına həzm sisteminə fayda daxildir. Nanə çayının mümkün faydalarını:

Qıcıqlanmış bağırsaq sindromunun simptomlarını aradan qaldırır

Çəki itirməyə kömək edir

İmmunitet sistemini gücləndirir

Allergiyadan qurtulmağa kömək edir

Diqqəti artırır

Təbii ağrı kəsici kimi tanınır

Həzmsizliyi sakitləşdirir

Zəncəfil çayı:

Həm isti, həm də soyuq istifadə edilə bilən və tam bir şəfa deposu olan zəncəfil çayı, bitki çayları arasında ən çox istifadə edilənlər sırasındadır. Faydalarını saymaqla bitirəməyəcəyimiz vitamin və minerallarla zəngin olan zəncəfil çayı təzə, qurudulmuş və toz halında hazırlana bilər və hazırlanması çox asandır. Zəncəfil çayının əsas faydaları bunlardır:

İmmunitet sistemini gücləndirir

Mədə narahatlığına yaxşı gəlir

Orqanizmdə iltihabı azaldır

Həzm sistemini dəstəkləyir

Xolesterol səviyyəsini aşağı salır

Tənəffüs problemlərində kömək edir

Stressi azaldır

Təbii ağrı kəsicidir

O, həmçinin qan şəkərinin tənzimlənməsinə kömək edir

Mədə narahatlıqlarına  yaxşı təsir göstərir

Şüyüd çayı:

Bildiyiniz kimi, soyuq günlərdə bir stəkan isti və sakitləşdirici bitki çayı kimi heç nə yoxdur.  Xüsusilə, stəkanınızı dolduran bitki çayınız şüyüddürsə. Mövsümi bitki olan şüyüd bitkisindən demək olar ki, hər sahədə istifadə etmək olar.  Yeməklərə və kosmetik məhsullara dad qatmaq üçün dərman məqsədləri üçün istifadə edilən şüyüdləri hər sahədə görmək mümkündür. Ölkəmizdə, adətən, bitki çayı şəklində istifadə edilən şüyüdün hazırlanması da çox asandır. Şüyüd çayının faydaları:

Əzələ spazmlarının qarşısını almağa və aradan qaldırmağa kömək edir

Həzm sistemini yaxşılaşdırır

Qıcıqlanmış bağırsaq sindromu problemlərini müalicə etməyə kömək edir

İshal, qaz və mədə krampları kimi müxtəlif mədə-bağırsaq problemlərinə qarşı mübarizə aparır

Tərkibindəki antioksidantlar sayəsində yaşlanma əleyhinədir

Həzmsizliyi sağaldır


Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et