Bu gün:

Şəkərdən imtina etməyin bədənə inanılmaz təsirləri


 Şəkərin müntəzəm istifadəsi insulin müqaviməti, diabet və ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artırır. Şəkər yaddaş və idrak funksiyalarına da mənfi təsir göstərir. Bəs şəkəri həyatınızdan çıxarsanız, bədəninizdə və zehninizdə nə dəyişikliklər baş verəcək?

Şəkəri imtina etdikdən sonrakı bir saat

 Şəkəri həyatınızdan çıxardıqdan sonra ilk saat ərzində onun təsirini tədricən hiss etməyə başlaya bilərsiniz. Doktor David Wolfe görə, bir neçə saatdan sonra siz şəkərli qidalara can atacaqsınız, çünki şəkər asılılıq yaradır. Beynin mərkəzində dopamin kimi bir təsir yaradan şəkərin qan şəkəriniz düşdüyü zaman tərləmə, titrəmə, əsəbilik, aclıq və kədər kimi təsirlərini hiss edəcəksiniz.

Belə simptomlar yaşandıqda lifli tərəvəz və meyvələrlə birlikdə zülal əsaslı qidalar da yeyilə edilə bilər.

Şəkərdən imtina etdikdən sonrakı bir gün 

Şəkərdən imtina etdikdən sonrakı ilk gün ən çətin günlərdən biridir. Gottfried deyir: "Baş ağrıları və enerji zəifliyi  kimi bəzi simptomlar ola bilər". Əslində, bu bədənin özünü sağaltmağa çalışdığını göstərir.

Bir həftə sonra

Sağalma prosesi ilk həftədən sonra real təsirini göstərir. Bədən şəkər qəbul etmədiyi üçün insulin səviyyəsində dəyişiklik olur və özünü sağaltmağa başlayır. Gottfriedə görə, bədəndəki insulin səviyyəsi ilk 72 saat ərzində sabit qalırsa, bədəninizdə yağ yığılmasında iştirak edən digər hormonlar normal səviyyəsinə qayıtmağa başlayır. Dəridə də yaxşılaşma və daha az şişkinlik olur .

Bir ay sonra

Wolfe şəkərsiz bir ay haqqında deyir: "Siz bu nöqtədə mütləq şəkərin sizə nə etdiyini, kilo almaqdan əlavə, nəyə səbəb olduğunu, həm də bir asılılıq olduğunu görəcəksiniz".

Bu prosesdə özünüzü çox daha yaxşı, enerjili hiss edəcək, arıqlayacaq və sağlamlığınızın getdikcə yaxşılaşdığını görəcəksiniz.

Altı ay sonra

"Şəkər istifadə etməkdən o qədər uzaqlaşacaqsınız ki, nəinki onu istəyəcəksiniz, hətta ona baxmayacaqsınız belə". Wolfe şəkərsiz altı aylıq dövr haqqında deyir:” Qan şəkərinizin səviyyəsi normallaşacaq və bel ətrafınızda ciddi incəlmə müşahidə edəcəksiniz”.

Siz erkən yaşlanma, diabet və ürək-damar xəstəlikləri riskini minimuma endirəcəksiniz.

Enerjiniz artacaq

Adətən lənglik hiss etdikdə qan şəkərinizin aşağı düşdüyünü düşünərək şəkərli qidalara meyl edirsiniz, ancaq şəkəri həyatınızdan çıxara bilsəniz, günorta yuxuya getmək hissi sizi yavaş-yavaş tərk edəcək.

Çəki sabitlənir və bağırsaq sisteminiz düzəlir Şəkər yemək kalori deməkdir. Meyvələr isə buna aid deyil. Şəkəri həyatınızdan çıxardığınız zaman daha asan arıqladığınızı görəcəksiniz.

Bundan əlavə, şəkərdən imtina etdiyiniz zaman bağırsaqlarınızın şəkəri həzm etmək üçün etdiyi əlavə səylərə və struktur dəyişikliklərinə son qoyursunuz. Bir sözlə, bağırsaq sisteminiz nəzərəçarpacaq dərəcədə normaya düşəcəkdir.

Mənbə: Habertürk

Tərcümə etdi: Lalə Mənəfova



Paylaş
Şərh əlavə et