Bu gün:

Ronaldonun 925-ci qolu


Fevralda 40 yaşı tamam olan portuqaliyalı ulduz Kriştiano Ronaldo karyerasının 23-cü mövsümündə 925-ci qolunu vurub.

Karyerasını Səudiyyə Ərəbistanının “Əl Nassr” komandasında davam etdirən Kriştiano Ronaldo yaşının irəliləməsinə baxmayaraq, qol vurmağa davam edir. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) məlumatına görə, futbol tarixində bir çox rekorda sahib olan Ronaldo 12 mart 2022-ci ildə Josef Bican-ı geridə qoyaraq, 807 qolla futbol tarixinin bombardiri oldu.

Ronaldo bu rekordu 3 il ərzində yeniləyib. Səudiyyə Ərəbistanı Pro Liqasının 22-ci həftəsində “Əl Nassr”ı “Əl Vehda” qəbul edib. Qarşılaşmaya 11-ci dəqiqədə başlayan Ronaldo 48-ci dəqiqədə qola imza atıb. Portuqaliyalı forvard Ancelonun ötürməsindən başla vurduğu zərbə ilə komandasını 1:0 önə keçirərək, mövsümdə 25-ci qolunu vurub.

Sadio Mane 90-cı dəqiqədə penaltidən vurduğu qolla "Əl Nassr"a bərabərlik gətirdi. Stefano Piolinin yetirmələri meydandan 2:0 hesablı qələbə ilə ayrılaraq xallarını 47-yə yüksəldiblər.

Liqada 2 matçlıq fasilədən sonra qol vurmasını bayram edən Kriştiano Ronaldo Pro Liqada 21 matçda meydana çıxıb və 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ronaldo bu mövsüm AFC Çempionlar Liqasında 6, Səudiyyə Ərəbistanı Superkubokunda isə 2 qol vurub. Portuqaliyalı dünya ulduzu karyerasında 925-ci qolunu vurub.

O, “Əl-Nassr”ın heyətində 99 oyuna çıxıb və 89 qol vurub. Ronaldo həm də 140 qolla UEFA Çempionlar Liqası tarixinin bombardiri olmaq xüsusiyyətinə malikdir.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli


Paylaş
Şərh əlavə et