Bu gün:

Super Liqada çempionluq əmsalları yenilənib


Trendyol Super Liqasında 2024/25 mövsümünün 25-ci turu Qalatasaray-Fənərbaxça derbisi ilə başa çatıb. Gərgin keçən qarşılaşmada qalib müəyyənləşməyib və matç 0:0 hesabı ilə bitib.

Həftənin digər qarşılaşmalarında Beşiktaş səfərdə Eyüpsporu 3:1 hesabı ilə məğlub edib. Trabzonspor Qaziantep FK üzərində 3:2 hesablı qələbə qazanıb. Turnir cədvəlində 3-cü pillədə qərarlaşan Samsunspor isə öndə olduğu oyunda Rizəspora 3:2 hesabı ilə uduzub.

Super Liqada turun tamamlanmasından sonra çempionluq əmsalları yenilənib. Trabzonspor və Qalatasarayın əmsalları aşağı düşüb, Fənərbaxçanın əmsalı isə yüksəlib. Göztepe, Eyüpspor, Başakşehir, Beşiktaş və Samsunsporun çempionluq ehtimallarında isə hər hansı dəyişiklik baş verməyib.

Mənbə: NTV spor

Tərcümə etdi: Nərgiz Orucova 

Paylaş
Şərh əlavə et