Türkiyənin tanınmış futbol mütəxəssislərindən Oğuz Çetin HT Spor kanalında Qalatasaray-Fənərbağça derbisi ilə bağlı fikirlərini bölüşüb. O, 0:0 bərabərliklə başa çatan oyundan sonra Jose Mourinyo və Fənərbağça haqqında diqqətçəkən şərhlər verib.
Oğuz Çetinə görə, Mourinyo derbidə oyunu qorumaq strategiyası ilə çıxış edib və əsas məqsədi məğlub olmamaq olub. "O da bu planın içində yer alaraq, oyunu 0:0 hesabı ilə başa çatdırmağı bacardı", – deyə mütəxəssis bildirib.
Çetin Fənərbağçənin prezidenti Ali Koç barədə də danışaraq, Mourinyonun strategiyasının kluba zərər vurduğunu iddia edib:
"Kaybetməmək üzərinə qurulan bu oyun tərzi Fənərbağçəyə ciddi zərər verir. Xüsusilə bu qədər böyük fədakarlıq edən bir prezidentə daha çox dəstək olmaq lazımdır. Burada ən böyük haqsızlıq cənab prezident Ali Koça qarşı edilir. Mourinyo kimi məşqçilər mövsümü bu şəkildə idarə edəcək. Onun bu tələsinə Ali Koç düşüb. Bunu görməlidir".
Futbolçuların performansına da toxunan Çetin Fənərbağçədə matçı qazanmaq üçün təşəbbüs göstərən oyunçuların az olduğunu qeyd edib:
"Fənərbağçəli futbolçular arasında reaksiya verən, bərabərliyə razılaşmayan və qalibiyyətə fokuslanan oyunçu görmədim. Burada zərərçəkən şəxs Ali Koçdur. Mən sadəcə idarəetmə heyətindən yox, birbaşa Ali Koçdan danışıram".
Çetin həmçinin Fənərbağçənin uzun illərdir çempion ola bilmədiyini vurğulayaraq, Mourinyonun rəhbərliyi altında komandanın qalib gəlmək üçün hansı addımları atdığının görünmədiyini bildirib:
"Bu komanda 11 ildir çempion ola bilmir. Bu heyətlə Qalatasaraya qarşı qalib gəlmək üçün nə edildiyi isə naməlum olaraq qalır".
Mənbə:NTV spor
Tərcümĕ etdi : Nərgiz Orucova
