Bu gün:

Ançelottidən Ardaya verilən cavab


"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti son 3 həftədir meydana çıxma şansı vermədiyi Arda Gülər haqqında mətbuatda yer alan iddiaları təkzib edib.

Ançelotti İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyununda sabah səfərdə "Real Sosyedad"la keçirəcəkləri oyundan əvvəl Madridin Valdebebas rayonundakı idman obyektlərində mətbuat konfransı keçirib.


Karlo Ancelotti Arda Gülərlə bağlı sualı cavablandırarkən " şübhəsi olan istənilən futbolçu otağıma gələ bilər. Hər zaman Arda, Endrik və digər gənclərlə danışıram. Eşitdiyimə görə bir hadisə var (Gülər dadisəsi), amma bu hadisə mənə çatmayıb".


Ardanın da hamı kimi oynamaq istəməsinin təbii olduğunu, lakin Real Madridin "dünyanın ən yaxşı komandası olduğunu və yüksək səviyyəli rəqabəti unutmamaq lazım olduğunu" vurğulayan italyan məşqçi sözlərini belə davam etdirdi:

"O, hamı kimi işləyir və oynamaq istəyir. Amma bu, bir prosesdir və keçmişdə bütün digər gənc oyunçular üçün də belə olub. Rodrygo, Vinicius, Valverde də bunu yaşayıblar. Onun (Arda Gülərin) "Real Madrid "ə mümkün olan ən yaxşı şəkildə inteqrasiyası üçün vaxt lazımdır. Bunu hər kəs çox yaxşı başa düşür".


Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et