Superliqanın 25-ci həftəsində “Qalatasaray” və “Fənərbaxça” nəhəng derbidə üz-üzə gələcək.
Rams Parkda oynanılacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq qarşılaşmanı Slavko Vinciç idarə edəcək. Vinçikin köməkçiləri Tomaz Klancnik və Andraz Kovacic olacaq. Kadir Sağlam isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Derbidən əvvəl Türkiyə Futbol Federasiyası Mərkəzi Hakimlər Şurası “Qalatasaray” – “Fənərbaxça” matçının VAR hakimini açıqlayıb.
TFF-dən verilən açıqlamaya görə, Alen Borosak derbidə VAR-da olacaq. Onur Özütoprak AVAR-da xidmət edəcək.
Mənbə: Ntv spor
Tərcümə etdi: İbrahim Çobanlı
