Bu gün:

Miqren peyvəndi miqreni azaldır


Nevroloq Dr. Miqren xəstəliyinin müalicəsi üçün istehsal edilən ilk dərmanın 'miqren peyvəndi' olduğunu ifadə edən Ümit Eren, bu müalicə ilə ağrıların şiddətinin azaldığını söylədi. Dr. Eren bu üsulu profilaktik müalicələrə başlayan və bu dərmanlara cavab verməyən və ya dözə bilməyən və ayda 4-dən çox hücumu olan xəstələrə tətbiq etməyi tövsiyə edib.



Ən çox görülən miqren növlərinin auralı və aurasız miqren olduğunu ifadə edən Dr. Eren, Auralı miqrendə ağrı başlamazdan 5-60 dəqiqə əvvəl parlaq işıq yanıb-sönməsi, bulanıq görmə, yarı görmə kimi vizual simptomlar, başgicəllənmə, danışma pozğunluğu, birtərəfli uyuşma və zəiflik kimi nevroloji əlamətlər müşahidə edilə bilər. Bu simptomlar bəzən baş ağrısı ilə birlikdə müşahidə edilə bilər. 

Migreni gücləndirən faktorlar tez-tez stress, hormonal dəyişikliklər (aybaşı dövrləri), qidalanma pozğunluqları, yuxu pozğunluqları (çox yatmaq və ya az yatmaq), dərmanlar (doğuşa nəzarət həbləri, menopozda istifadə olunan hormon dərmanları), mövsüm dəyişiklikləri, kompüter oyunları, kəskin qoxulardır.


Mənbə: Güneş qazetesi

Tərcümə etdi: Səadət Quliyeva

Paylaş
Şərh əlavə et