Bu gün:

Mete Gazozdan gümüş medal


Samsunda keçirilən qapalı məkanda oxatma üzrə Avropa çempionatı başa çatıb.

İlk olaraq, Oxçuluq Təsislərində keçirilən çempionatın son hissəsində fərdi final yarışları keçirilib.


Yarışlarda bolqarıstanlı İvan Bançev qızıl medal qazandığı halda, milli atlet Mete Qazoz gümüş medal qazanıb. Çempionata müstəqil olaraq qatılan Arsalan Baldanov isə bürünc medal qazanıb.


Milli Oxçuluq komandalarının texniki direktoru Yusuf Göktuğ Erginin mətbuata verdiyi açıqlamada Avropa Qapalı Oxçuluq Çempionatını uğurla başa vurmaqdan xoşbəxt olduqlarını söyləyib.


Çempionatda 36 nəfərlik güclü milli komanda ilə mübarizə apardıqlarını bildirən Ergin "deyə bilərəm ki, idmançılarımız həqiqətən də çox yaxşı çıxış etdilər. Çempionatı 20 medalla başa vurduq. Hazırda ən çox medal qazanan ölkələr arasında İtaliya ilə birlikdə zirvədəyik. Bu çempionat bizim üçün bu ilin açılış yarışı oldu. İdmançılarımızın olimpiadadan sonra yeni dövrün başlanmasından xəbər verən yarışı olub. Burada çatışmazlıqlarımızı da gördük",-deyə qeyd edib.


Yarışlarda qalib gələn idmançılara mükafatları Samsun valisi Orhan Tavlı və Gənclik və İdman İl müdiri Feyzullah Dereci tərəfindən təqdim edilib..



Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et