Bu gün:

30 yaş arası siqareti tərgitmək ömrü 10 il uzadır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 30 yaşlarında siqareti tərgitmiş insanların ömrünün siqaret çəkməyə davam edənlərlə müqayisədə təxminən 10 il artdığını, qan dövranının isə təxminən 2-12 həftə ərzində yaxşılaşdığını bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının 31 May Ümumdünya Tütünsüzlük günü münasibətilə paylaşdığı məlumatlara görə, tütündən istifadə hər il milyonlarla insanın sağlamlığını və həyatını itirməsinə səbəb olan qabaqcıl qarşısı alına bilən risk faktorlarından biridir.

 Dünyada 1,3 milyard tütün məmulatı istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır.  Tütün məmulatlarından istifadə edənlərin təxminən yarısı tütünlə əlaqəli xəstəliklər səbəbindən gözləniləndən tez ölür.

 Hər il tütündən istifadə səbəbindən həyatını itirən 8 milyondan çox insanın təxminən 1,3 milyonu tütün tüstüsündən istifadə etmədiyi halda ona məruz qalanlardır.

 Təxminən 700 milyon uşaq tütün tüstüsündən əziyyət çəkir.  Hər il 65 000 uşaq passiv təsir nəticəsində yaranan tənəffüs yollarının infeksiyaları səbəbindən 5 yaşına çatmamış ölür.

İqtisadi ziyan illik 1,4 trilyon dollar

Tütün sənayesi elektron siqaretlər, qəlyanlar, mentol topları, həmçinin siqaret, tütün və siqar kimi tütün məmulatları ilə müxtəliflik təmin edərək tütün asılılığını saxlamağa çalışır. ÜST bütün bu məhsulların sağlamlığı təhdid etdiyinə diqqət çəkir.

Tütün məmulatları həm iqtisadiyyata, həm də sağlamlığa ziyan vurur.  ÜST hesab edir ki, tütün məmulatlarının istifadəsi nəticəsində iqtisadi itki hər il 1,4 trilyon dollar təşkil edir. Ətraf mühitə də zərər verən siqaret kötükləri dünyada ən çox yayılmış tullantılardır. Siqaret kötüklərindəki kimyəvi maddələr və elektron siqaret tullantıları suya və torpağa sızaraq təbiətə ziyan vurur.

Tütün sənayesi siqaret istehsalı üçün hər il təxminən 600 milyon ağacın kəsilməsində günahlandırılır. Bu asılılıqdan xilas olmaq bir çox sağlamlıq, sosial, iqtisadi və ekoloji faydalar əldə etməyə imkan verir.

ÜST 30 yaşlarında siqareti buraxanların ömrünün siqaret çəkməyə davam edənlərlə müqayisədə təxminən 10 il uzandığına diqqət çəkir.

Siqareti tərgitdiyi ilk gündən yüksək ürək döyüntüləri, qan təzyiqi, karbonmonoksit səviyyəsi normallaşır və zaman keçdikcə immunitet sistemi güclənir. Təxminən 2-12 həftə ərzində qan dövranı yaxşılaşır və ağciyər tutumu artır.

Nikotin asılılığının səviyyəsini müəyyən etmək üçün nikotin asılılığı testindən keçən insanlar üçün asılılıq səviyyəsinə uyğun olaraq siqareti buraxma planı hazırlanır, siqareti tərgitmə prosesində istiqamətləndirilir, nikotin çəkilmə əlamətlərinin öhdəsindən gəlmək üçün davranış dəyişiklikləri ilə bağlı məsləhətlər verilir. .

Daha yüksək nikotin asılılığı olanlar siqareti tərgitmə xidməti göstərən sağlamlıq bölmələri haqqında məlumatlandırılır və siqareti buraxan poliklinikalara yönləndirilir.  Bu şəxslərin təyinatları Məsləhət Xətti tərəfindən aparılır.

Siqareti tərgitmə planı hazırlayanlar razılıq  versələr, bu insanlar Məsləhət Xətti tərəfindən edilən geri çagırışlarla bir il müddətində nəzarətdə saxlanılırlar.

Mənbə: Haber global

Tərcümə etdi: Lalə Mənəfova 



Paylaş
Şərh əlavə et