Təsəvvür edin ki, 2000 il əvvəl Romada, qədim Misirdə Nil çayının sahillərində və ya 1300-cü illərdə "Qara Ölüm" epidemiyası zamanı London küçələrində olursunuz. Hər yerdə real mənzərələr, səslər və insanların gündəlik mübarizəsi canlanır.

Son həftələrdə sosial şəbəkələrdə süni intellekt tərəfindən yaradılmış və fərqli tarixi dövrlərdə yuxudan oyanan insanların baxış bucağını əks etdirən videolar yayılıb.
Dan və Hogne iki hesabın - POV Lab və Time Traveller POV-un yaradıcılarıdır.
Böyük Britaniyada yaşayan Dan deyir ki, o, bu videoları "keçmişi birinci şəxsin baxışı ilə görmək ideyası, tarixi canlandırmaq üçün nadir bir yol kimi hiss olunur" düşüncəsi ilə yaradır. Norveçdən olan 27 yaşlı Hogne isə əlavə edir ki, onun videoları insanlara "tarixin gözəl hissələri haqqında" məlumat verir və yeni bir şey öyrənmələrinə kömək edir.
Milyonlarla insanın tarixə pəncərə açan bu videolara izləməsinə baxmayaraq, bəzi tarixçilər məzmunun dəqiqliyi və süni intellektin keçmişi həqiqətən canlandırıb-canlandıra bilməyəcəyi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Görünən odur ki, biz əsl tarixi yox, sadəcə izləyiciləri cəlb etmək üçün hazırlanmış, cilalanmış və modernləşdirilmiş bir versiyasını görürük.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
