Bu gün:

Franz Şubert: Onun həyatı və əsərləri


19-cu əsrin ən nüfuzlu bəstəkarlarından biri olan Frans Şubert klassik dövrdən romantizmə keçidin qabaqcıllarından biri kimi musiqi tarixində dərin iz qoyub. Lideri, simfoniyaları və orkestr əsərləri ilə musiqiyə yeni bir ölçü gətirən Şubert həyatı boyu maddi sıxıntılar yaşayıb və ancaq ölümündən sonra layiq olduğu qiyməti alıb.

Frans Peter Şubert 31 yanvar 1797-ci ildə Vyanada anadan olub, 19 noyabr 1828-ci ildə 31 yaşında tif xəstəliyindən vəfat edib.

Şubert musiqiçi ailəsində anadan olub və kiçik yaşlarından musiqiyə maraq göstərib. Atası Frans Teodor Şubert həvəskar musiqiçi və eyni zamanda məktəb direktoru idi. Kiçik yaşlarında atasından musiqi dərsi alanda onun istedadı nəzərə çarpıb, on yaşında saray xoruna qoşularaq təhsilini orada davam etdirib. O, gənc yaşlarında musiqi karyerası qurmağı qarşısına məqsəd qoyub, lakin maddi çətinliklərlə üzləşib.

O, əsasən dostlarının dəstəyi ilə sağ qalıb. O, musiqiyə olan həvəsini heç vaxt itirməyib, geridə yüzlərlə əsər qoyub. 1828-ci ildə 31 yaşında tif xəstəliyinə tutulub və ölüb. Şubert ölümündən sonra musiqi dünyasında dərin miras qoyub və onun əsərləri hələ də tez-tez ifa olunur.

Qısa ömründə Şubert 600-dən çox lieder, 7 tamamlanmış və 5 yarımçıq simfoniya, bir çox piano əsərləri, kamera musiqisi və kilsə musiqisi bəstələyib.

Şubert alman şairi İohan Volfqanq fon Hötenin yaradıcılığına böyük heyran idi.

Mənbə: Habertürk 
Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et