Bu gün:

Süni intellektlə işləyən köməkçi nədir?


Süni intellektlə (Sİ) işləyən köməkçilər insanlarla ünsiyyət qura bilən və müxtəlif tapşırıqları yerinə yetirən rəqəmsal alətlərdir. Onlar bəzi texnologiyalardan istifadə edərək səsli əmrləri başa düşmək, yazılı suallara cavab vermək və bəzi işləri avtomatik yerinə yetirmək qabiliyyətinə malikdir.

Süni intellektlə işləyən köməkçilər bir çox müxtəlif sahələrdə istifadə olunur:


Şəxsi köməkçilər:

1) Xatırlatmalar və təqvim idarəetməsi;

2) Hava və xəbər yeniləmələri;

3) Alış-veriş siyahılarının yaradılması;

4) Müştəri xidməti; 

5) Qarşılıqlı əlaqə vasitəsilə müştəri dəstəyinin təmin edilməsi;

6) Tez-tez verilən suallara avtomatik cavablar;

7) Sifarişlərin izlənməsi və əməliyyatların idarə edilməsi;

8) Evin avtomatlaşdırılması (ağıllı ev);

9) Ağıllı işıqları, termostatları və təhlükəsizlik sistemlərini idarə etmə bacarığı;

10) Səs əmrləri ilə cihazları idarə etmək;

11) Məişət işlərinin avtomatlaşdırılması;

12) İş və məhsuldarlıq. 


Populyar Sİ ilə işləyən köməkçilər


1. Siri (Apple)

iOS, macOS, watchOS və HomePod cihazlarında işləyən səsli köməkçi

Telefon zəngləri etmək, mesaj göndərmək və xatırlatmaları qurmaq kimi əməliyyatları yerinə yetirir. 


2. Google köməkçisi

Android cihazları, Google Home və digər ağıllı cihazlarda işləyən köməkçi, Google xidmətləri ilə tam uyğunlaşaraq axtarış aparmaq, istiqamətləri göstərmək və gündəlik cədvəlləri idarə etmək kimi tapşırıqları yerinə yetirir.


3. Amazon Alexa

Amazon Echo və digər Alexa ilə işləyən cihazlarda işləyən Sİ köməkçisi ağıllı ev cihazlarını idarə etmək, musiqi çalmaq və alış-veriş siyahıları yaratmaq kimi funksiyalara malikdir.


4. ChatGPT (OpenAI)

Təkmil təbii dil emal imkanlarına malik mətn əsaslı süni intellekt köməkçisi, mesaj məzmununun yaradılması, dil tərcüməsi, kodlaşdırma və digər tapşırıqlarda istifadəçilərə kömək edə bilər.


5. Microsoft Copilot (keçmiş Cortana)

Windows əməliyyat sistemləri və Microsoft 365 proqramları ilə uyğunlaşan köməkçi sistemdir. O, e-poçtları təşkil edə, görüşlər planlaşdıra və tapşırıqları avtomatlaşdıra bilər.


Süni intellektlə işləyən köməkçilər istifadəçilərin gündəlik və iş həyatında məhsuldarlığını artıran, gündəlik tapşırıqları avtomatlaşdıran və şəxsi təcrübələrini təkmilləşdirən güclü alətlərdir. İnkişaf edən texnologiya ilə bu köməkçilərin daha ağıllı, fərdi və interaktiv olması gözlənilir.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli


Paylaş
Şərh əlavə et