Qadınların tennis yarışlarında bu dəfə gərgin mübarizənin ünvanı Birləşmiş Ərəb Əmirlikləri olub.
Dubay tennis çempionatının 1/4 final mərhələsinə də yekun vurulub. 17 yaşlı rusiyalı istedad Mirra Andreeva dünyanın 2 nömrəli idmançısı İqa Sviateki məğlub edib.
Dubay Tennis Çempionatında final həyəcanı yaxınlaşır. WTA 1000 turnirinin final dördlüyü təəccüblü nəticələrlə müəyyənləşib.
Rusiyalı gənc istedad Mirra Andreeva dünyanın 2 nömrəli idmançısı İqa Swiateklə üz-üzə gəlib.
Yavaş başlayan matçın tempini 17 yaşlı Andreeva öz xeyrinə çevirməyi bacarıb. Andreeva polşalı ulduzu 2:0 hesablı qələbə ilə məğlub edib və yarımfinala vəsiqəni qazanıb.
Dünyanın 1 nömrəsi Aryna Sabalenkanı mübarizədən kənarlaşdıran Klara Tauson da çempionluq hədəfinə bir addım yaxınlaşıb.
Danimarkalı çexiyalı rəqibi Linda Noskova ilə ilk seti tay-brekdə qazanıb, sonra ikinci setdə 6-4 hesabı ilə qalib gəlib və son dördə yüksəlib.
Qazaxıstanın güclü adı Yelena Rıbakina da amerikalı rəqibinə şans verməyib. Rıbakina ikinci setdə tay-brekdə Sofiya Kenin qarşısında ilk seti 6-2 hesabı ilə tamamlayıb.
2022-ci ilin Uimbldon çempionu qazaxıstanlı tennisçi 2:0 hesablı üstünlüyü ilə yarımfinala yüksəlib.
Sonuncu 1/4 finalda çexiyalı Karolina Muçova rumıniyalı Sorana Cirstea ilə qarşılaşıb. Çexiyalı oyunçu effektiv oyunu ilə rəqibinə təzyiq göstərərək onu 6-2 və 7-5 setlərlə məğlub edərək son dördlüyə vəsiqəni qazanıb.
[spoiler][/spoiler]Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
