UEFA Avropa Liqasında Fənərbaxça İstanbulda 3:0 hesabı ilə qalib gəldiyi ilk oyundan sonra Anderlecht-in qonağı olub. Sarı-göylər cavab yarşında rəqibi ilə 2:2 bərabərə qalaraq adını son 16 turuna yazdır

Fənərbaxça Avropa Liqasında yoluna davam edərkən komandanın baş məşqçisi Jose Mourinho tarixə keçib.
Opta məlumatlarına görə, Jose Mourinho məşqçilik karyerasında 31-ci dəfə Avropa kuboklarında ikiayaxlı pley-off mərhələsini keçməyi bacarıb.
Mourinhonun üç Avropa kubokunda ən çox ikiayaxlı pley-off mərhələsi keçən baş məşqçi olduğu bildirilərkən, bu zirvəni Real Madridin baş məşqçisi Carlo Ancelotti ilə bölüşdüyü qeyd edilib.
Mənbə: Ntv Spor
Tərcümə etdi: İbrahim Çobanlı
