Juventus bütün əlaqələri qoparır: "Fənərbaxça" iddiasından sonra dünya ulduzunun transfer qiyməti bəlli olub.
Juventusun hücumçusu Dusan Vlahoviçin "Fənərbaxça"nın maraq dairəsində olduğu iddia edilib. İtaliya nəhənginin serb forvard üçün tələb etdiyi məbləğ açıqlanıb.

Qış transfer dövrünü aktiv keçirən "Fənərbaxça"nın "Juventus"un formasını geyinən Dusan Vlahoviçin transferi ilə maraqlandığı bildirilirdi. Nicolo Şiranın məlumatına görə, "Juventus" mövsümün sonunda Vlahoviçi satmaq qərarına gəlib.
Müqaviləsi 2026-cı ildə başa çatacaq 25 yaşlı serb hücumçu üçün İtaliya klubunun 25-30 milyon avro civarında transfer məbləği gözlədiyi vurğulanıb.
Dusan Vlahoviç bu mövsüm "Juventus" forması ilə 30 oyuna çıxıb. O bu matçlarda 13 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mənbə: NTV spor
Tərcümə etdi: Nərgiz Orucova
