Bu gün:

Yuxularımızı xatırlamaqda çəkdiyimiz çətinliklər nələrdir?


İtalyan araşdırmaçıları müəyyən ediblər ki, yuxu zamanı gördüyümüz röyalar beynimizin gizli məlumatları yaddaşımıza qaytarmasına kömək edir. Araşdırma həmçinin röyaların daha yaxşı xatırlanmasını təmin edən bir "yuxu üsulu"nun tapıldığını göstərir.

200 iştirakçının qatıldığı təcrübədə onlara yuxularını izləmək üçün xüsusi cihazlar taxılıb və 15 gün boyunca röya xatirələri qeydə alınıb. Araşdırmanın nəticələrinə görə, insanların yuxularını xatırlama qabiliyyətinə yaş, mövsüm kimi müxtəlif faktorlar təsir edir. 

Araşdırma göstərib ki, dərin yuxu mərhələsində olan iştirakçılar yuxularını xatırlamaqda çətinlik çəkiblər, halbuki yüngül yuxu mərhələsində olanlar daha yaxşı xatırlayıblar. Bundan əlavə, gənclərin yuxularını daha asan xatırladığı, yaşlıların isə əsasən "ağ röyalar" gördüyü və detalları xatırlamaqda çətinlik çəkdiyi müşahidə edilib.

Araşdırmanın müəllifi, psixologiya üzrə professor Giulio Bernardi, əldə edilən nəticələrin yuxuların xatırlanma qabiliyyətinin şəxsi münasibətlər, bilincaltı xüsusiyyətlər və yuxu dinamikalarının qarşılıqlı təsiri ilə bağlı mürəkkəb bir proses olduğunu göstərdiyini bildirib. Bu tədqiqat, gələcəkdə yuxuların necə daha yaxşı xatırlanması ilə bağlı daha geniş araşdırmalara əsas olacaq.

Mənbə: NTV

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et