Bu gün:

"Arsenal" gəlirlərini açıqlayıb


İngiltərə Premyer Liqa komandalarından biri olan "Arsenal" 2023-2024 mövsümündə rekord gəlir əldə etməsinə baxmayaraq, 17,7 milyon funt sterlinq zərər etdiyini açıqlayıb.

Arsenal 31 May 2024-cü ildə bitən maliyyə ilində 616,6 milyon funt-sterlinq gəlirlə klub rekordunun qırıldığını və bu gəlirin 52,4 milyon funt-sterlinqinin oyunçu satışlarından əldə edildiyini açıqlayıb.

Bildirilib ki, klubun ötən mövsüm gəliri əvvəlki mövsümdə əldə etdiyi 466,7 milyon funt-sterlinq gəlirdən 32,1 faiz artıb.

Qeyd olunub ki, UEFA Çempionlar Liqasının 2023-2024 mövsümündə 1/4 finala yüksələn klub 71,1 milyon funt-sterlinq gəlir əldə edib, matç günü gəlirlərini isə 29,1 milyon funt-sterlinq artırıb.

Açıqlamada komanda və klub işçilərinin maaşlarının əhəmiyyətli dərəcədə artdığı, 234,8 milyon funt-sterlinqdən 327,8 milyon funt-sterlinqə yüksəldiyi bildirilib.

Vergidən əvvəl ümumi zərərin 2022-2023 mövsümündəki 52,1 milyon funt sterlinq itki ilə müqayisədə 66% azalaraq 17,7 milyon funt sterlinq olduğu açıqlanıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Səbuhi Əzənmədli

Paylaş
Şərh əlavə et