Bu gün:

Fast-food qidalar immuniteti aşağı salır


Bu gün fast food olaraq da bilinən zərərli qidaların qəbulunun artmasının uşaqların sağlamlığını riskə atdığını vurğulayan Qidalanma və Pəhriz Mütəxəssisi Dietoloq Betül Yurdakul deyir: "Xüsusilə, nahar qutularında qablaşdırılan qidalar sadə karbohidratlardır, tərkibində lif (pulpa) yoxdur. Yüksək tərkibli qəlyanaltılar uşaqların gündəlik zülal, vitamin və mineral ehtiyaclarını ödəyə bilmədiyi üçün onların immun sistemlərinə mənfi təsir göstərir".

Uşağın sağlam qidalanma tərzini öyrənməsi üçün valideynlərin üzərinə mühüm vəzifələr düşdüyünü vurğulayan Dietoloq Yurdakul vurğulayır: "Doymuş yağ, sadə şəkər, duz miqdarı baxımından yüksək qidaları qəbul edən uşaqlarda tip 2 diabet, böyümə geriliyi, ürək-damar xəstəlikləri, yetkinlikdə yüksək xolesterin, qaraciyər yağlanması, osteoporoz, artıq çəki və hərəkətsizliyə yoldaşlıq edən polikistik yumurtalıq sindromu kimi sağlamlıq problemləri görülə bilər".

Mənbə: Güneş gazetesi

Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et