Bu gün:

Meditasiya ilə müsbət baxış mövqeyi


Meditasiya zehni yönləndirmək və fikirləri təkrarlamaq vərdişi olan bir prosesdir.
Meditasiyanın populyarlığı daha çox onun bir çox sağlamlıq faydalarını kəşf etdikcə artır.
Onu  özünüzü və ətrafınızı daha yaxşı anlamaq üçün istifadə edə bilərsiniz. Bir çox insanlar onu stresin azalması və konsentrasiyanın inkişafı yolu kimi qəbul edir.


İnsanlar həmçinin müsbət əhval-ruhiyyə və baxış açısı, özünə nəzarət, sağlam yuxu rejimi və hətta artan ağrı dözümlülüyü kimi digər faydalı vərdişlər və hisslər inkişaf etdirmək üçün də meditasiyadan istifadə edirlər.


Təbii ki, meditasiyanın da bir sıra özünə məxsus xüsusiyyətləri var:

1. Emosional sağlamlığı dəstəkləyir


Bəzi meditasiya növləri özünüqiymətləndirmənin yaxşılaşmasına və həyatı daha müsbət görməyə səbəb ola bilər. Məsələn, 2015-ci ildə aparılan bir araşdırmaya görə meditasiya təcrübəsi keçmiş insanların, mənfi şəkillərə baxdıqlarında, nəzarət qrupundakılara nisbətən daha az mənfi düşüncə yaşadıqlarını göstərib.

2. Yaşla bağlı yaddaş itkisini azalda bilər


Diqqət və düşüncənin aydınlığında baş verən təkmilləşmələr zehni gənc saxlamağa kömək edə bilər. Kirtan Kriya fikirləri cəmləmək üçün bir mantra və ya nidanı təkrarlamaqla barmaq hərəkətlərini birləşdirən bir meditasiya metodudur. Yaşla bağlı yaddaş itkisi olan insanlarda aparılan əvvəlki araşdırmalar neuropsixoloji testlərdə performansın yaxşılaşdığını göstərib.

3. Asılılıqla mübarizəyə kömək edə bilər


Meditasiya vasitəsilə inkişaf etdirə biləcəyiniz zehni disiplin, özünə nəzarət və asılı davranışların təhriklərinə qarşı daha çox həssaslıq əldə edərək asılılıqları qırmağa kömək edə bilər.
2018-ci ildə aparılan bir araşdırma 60 nəfərdən ibarət alkoqol istifadə pozğunluğu müalicəsi alan şəxslərin, transsendental meditasiyanı tətbiq etməklə 3 ay sonra daha aşağı stress, psixoloji gərginlik, alkoqol istəyini və alkoqol istifadəsini göstərdi.

4. Ağrıya nəzarət etməyə kömək edir


Bəzi araşdırmalar meditasiyanı gündəlik həyatınıza daxil etməyin ağrının idarə edilməsində faydalı ola biləcəyini göstərir.

Məsələn, 2017-ci ildə aparılan 38 araşdırmanın nəzərdən keçirilməsi, diqqətlilik meditasiyanın xroniki ağrısı olan insanlarda ağrını azalda biləcəyini, həyat keyfiyyətini yaxşılaşdıra biləcəyini və depressiya simptomlarını azaldacağını nəticəyə gətirib.

Meditasiya yalnız zehni rahatlamağa deyil, eyni zamanda fiziki və emosional sağlamlığa da böyük faydalar təmin edir. Diqqətlilik, özünü yaxşı tanımaq, asılılıqları qırmaq, yaddaş itkisini azaltmaq və ağrıları idarə etmək kimi yuxarıda sadaladığımız bir çox sahələrdə müsbət təsir göstərir. Həmçinin meditasiyanı gündəlik həyatda tətbiq etməklə, insanların həyat keyfiyyətini yaxşılaşdırmaq stresin azaldılması və ümumi emosional sağlamlığın dəstəklənməsi mümkündür. Bu praktikanın müxtəlif faydalarından yararlanmaq üçün yalnız davamlılıq və məqsədli yanaşma tələb olunur.

Mənbə: Healtline


Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et