İspaniya Futbol Federasiyası "Real Madrid"in ingilis futbolçusu Jude Bellinqhem "Osasuna" ilə oynanılan matçda qırmızı vərəqə aldığı üçün ona 2 oyunluq cəza verib.
İspaniya Birinci Futbol Liqasının (La Liqa) 24-cü həftəsində “Real Madrid”in “Osasuna” ilə 1:1 hesablı heç-heçə etdiyi matçın 39-cu dəqiqəsində Jude Bellinqhem hakimə şifahi reaksiyasına görə qırmızı vərəqə alaraq meydandan qovulub.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, "Real Madrid" federasiyanın qərarından apellyasiya şikayəti verəcək.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
