Bu gün:

Elektron siqaretlərdə yüksək miqdarda qurğuşun aşkar edilib


İngiltərədə orta məktəbdə uşaqların istifadə etdiyi elektron siqaretlər laboratoriyada sınaqdan keçirilib və nəticələr valideynləri kifayət qədər narazı salıb.

Nəticələr göstərib ki, elektron siqaretlərin tərkibindəki qurğuşunun sayı iki, nikelin sayı isə 9 dəfə çoxdur. 

Həmçinin müəyyən edilib ki, bəzi cihazlarda elektron mayedə qızdırıldıqda parçalanan karbonillər, yəni birləşmələr qanuni səviyyədən on dəfədən artıqdır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yüksək miqdarda qurğuşuna məruz qalma beyin və mərkəzi sinir sisteminin inkişafına təsir göstərə bilər. Böyük Britaniyada 18 yaşından kiçik hər kəsə elektron siqaret satmaq qeyri-qanunidir, lakin YouGov-un keçən ay keçirdiyi sorğu göstərdi ki, 11-17 yaşlı gənclərin 11,6 faizi tərkibində nikotin olan məhsullar istifadə edir.

Laboratoriya, həmçinin kollecdəki elektron siqaretlərin əksəriyyətinin qanunsuz olduğunu və satışdan əvvəl sınaqdan keçirilmədiyini müəyyən etdi.

Gənclər üçün "açıq bazar”

Laboratoriyanın həmtəsisçisi David Lawson bildirib ki, bunların heç biri bazarda olmamalıdır: "Onlar metalın icazə verilən səviyyələri ilə bağlı bütün qaydaları pozurlar. Bunlar indiyə qədər gördüyüm ən pis nəticələrdir”, - deyə bildirib.

Təhlükəli miqdarda metallara məruz qalmanın elektron siqaretlərdəki qızdırıcı elementin səbəb olduğu düşünülürdü, lakin Lawsonun testləri onların elektron mayedə də tapıldığını göstərdi.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et