Bu gün:

Vitamin zehninizi 3 il cavanlaşdırır


Vitamin zehninizi 3 il cavanlaşdırır

Amerika Birləşmiş Ştatlarında aparılan elmi araşdırma hər gün vitamin qəbul etməyin yaddaşa böyük təsiri olduğunu ortaya qoyub.

ABŞ-nin Kolumbiya Universitetində aparılan araşdırma vitamin qəbulunun zehni qoruduğunu və yaddaşı gücləndirdiyini göstərib.

60 yaşdan yuxarı 3500-dən çox insanın iştirak etdiyi araşdırmada iştirakçıların yarısına vitamin həbi, digər yarısına isə təsirsiz dərman verilib.

Bir neçə dəfə düşünmə testindən keçən iştirakçılar arasında vitamin qəbul edənlər bir ildən sonra testdə xeyli yaxşı nəticə göstəriblər.

Sözləri xatırlama testlərində multivitaminlər içənlər içməyənlərə nisbətən daha çox sözü yadda saxlaya bildilər.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hər gün vitamin qəbul etmək zehni 3 yaş cavanlaşdırır və yaddaşın güclü qalmasına kömək edir.

Mənbə: Sözcü

Tərcümə etdi: Əli Mehdili

Paylaş
Şərh əlavə et