İspaniya Birinci Futbol Liqasının (La Liqa) "Atletiko Madrid" klubunda çıxış edən ispaniyalı yarımmüdafiəçi Koke zədəsi səbəbindən bir müddət meydanlardan uzaq qalacaq.

İspaniyalı futbolçu Koke "Atletiko Madrid"də zədələnib.
Klubdan verilən açıqlamada liqanın 24-cü həftəsində "Selta Viqo" ilə matçda zədələnən Kokenin sağ ayağında əzələ zədəsi diaqnozu qoyulduğu bildirilib.
Açıqlamada 33 yaşlı futbolçunun meydana qayıtma tarixi ilə bağlı dəqiq məlumat verilməyib.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səbuhi Əzənmədli
