Cənubi Koreya DeepSeek-in TikTok sahibi ByteDance ilə məlumat paylaşdığını iddia edir. Cənubi Koreyanın şəxsi məlumatları qoruma təşkilatı (PIPC) DeepSeek-in ByteDance ilə əlaqə saxladığını təsdiqləyib, lakin paylaşılan məlumatların məzmunu hələ dəqiq deyil. Buna görə də Cənubi Koreya DeepSeek-i Apple və Google-un tətbiq bazarlarından silib, lakin movcud istifadəçilər brauzer üsulu ilə xidmətdən istifadə edə bilərlər.

Yanvarda AI bazarında rezonans yaradan DeepSeek çox daha aşağı maliyyət və resurslarla rəqiblərinə nisbətən daha güclü model yaratdığını iddia etməklə diqqət çəkib. Bunun ardınca, fevralda bir ABŞ kibertəhlükəsizlik şirkəti onun ByteDance ilə potensial məlumat paylaşımı etdiyini iddia edib.
Security Scorecard şirkəti DeepSeek-in Android versiyasında ByteDance-in analitika və performans monitorinq sistemləri ilə dərin inteqrasiya olunduğunu və istifadəçi məlumatlarını Çin dövləti ilə əlaqəli domenlərə göndərə biləcəyini irəli sürüb.
BBC bu iddialarla bağlı ByteDance və DeepSeek-dən açıqlama almaq üçün əlaqə saxlayıb.
Mənbə: BBC News
Tərcümə etdi: Xavər Məmmədli
