Bu gün:

YouTube SEO nədir?


YouTube SEO, videoların YouTube-da axtarış nəticələrində daha üst sıralarda görünməsi üçün tətbiq olunan strategiyalardır. Ancaq bunu anlamaq üçün əvvəlcə SEO (Axtarış Motorunun Optimizasiyası) anlayışını bilmək lazımdır.

SEO, veb saytların axtarış hissəsində daha yaxşı yer tutması üçün edilən düzəliş və strategiyaların toplusudur. Bu proses səhifə dizaynı, məzmun yaradılması, proqramlaşdırma və xarici keçidlər kimi müxtəlif sahələri əhatə edir.


YouTube SEO nədir?

İnternetdə ən böyük video platforması olan “YouTube”un öz axtarış sistemi var. Bu o deməkdir ki, YouTube üçün xüsusi SEO işi tələb olunur. YouTube SEO videoları və kanalları daha görünən etmək üçün edilmiş optimallaşdırmalar toplusudur. Google kimi, YouTube da istifadəçilərə axtardıqları videoları tez və asanlıqla tapmağa kömək etmək üçün axtarış alqoritmindən istifadə edir.


2017-ci ilin məlumatlarına görə, YouTube, Yahoo! və Bing kimi digər əsas axtarış sistemlərini üstələyib və istifadəçilər tərəfindən daha çox axtarılır. Bu, “YouTube”un təkcə video platforması deyil, həm də böyük axtarış sistemi olduğunu sübut edir.


YouTube SEO həqiqətən işləyir mi?

YouTube həm video məzmun platforması, həm də sosial media şəbəkəsidir. Buna görə də bəziləri ənənəvi SEO-nun YouTube üçün nə qədər effektiv olduğunu sorğulaya bilər. Lakin YouTube SEO-nun təsirli olduğunu söyləmək doğrudur. YouTube, geniş bilik bazasına sahib olmaqla yanaşı, məzmun yaradıcıları üçün vacib bir sosial media platformasıdır.


YouTube SEO üçün əsas məsləhətlər

Açar söz araşdırması: Videonuzla əlaqəli açar sözləri araşdıraraq və başlıqda, təsvirdə və etiketlərdə düzgün açar sözlərdən istifadə etməklə videonuzun görünmə sayını artıra bilərsiniz.


Video başlıqları: Başlıqlar düzgün açar sözlərdən ibarət olmalıdır, eyni zamanda izləyicinin diqqətini cəlb etməlidir. Bu, “YouTube”un video sıralama alqoritmlərinə daha uyğun hesab olunur.


Təsvirlər və etiketlər: Video təsvirlərinizdə məzmununuz haqqında təsviri olun və reytinq şansınızı artırmaq üçün videonuzun mövzusu ilə əlaqəli açar sözlərdən istifadə edin.


YouTube SEO təkcə məzmun istehsalçılarının deyil, brendlərin də diqqət etməli olduğu mühüm amildir. Video məzmununuz üçün daha çox baxış və daha yüksək reytinq əldə etmək üçün “YouTube”un alqoritmlərindən və SEO strategiyalarından düzgün istifadə etmək lazımdır. Açar sözlər, təsvirlər, etiketlər və subtitrlər kimi elementlər videolarınızın “YouTube”da daha çox görünməsinə kömək edə bilər. “YouTube SEO”nun effektiv tətbiqi kanalınızın böyüməsinə və məzmununuzun daha geniş auditoriyaya çatmasına imkan verəcək.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et